“Sabah”da siftəni qolla qeyd etdi

Ölkə kubokunun 1/8 finalında”Kəpəz”ə qarşı oyun (3:0) “Sabah”ın futbolçusu Kamran Quliyev üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, əsas komandada ilk oyununu keçirən 21 yaşlı futbolçu debütünü qolla qeyd edib.

Matçın 80-ci dəqiqəsində Coy-Lens Mikelsin əvəzinə meydana daxil olan Kamran, oyuna əlavə edilmiş 2-ci dəqiqədə fərqlənərək görüşdə son nöqtəni qoyub (3:0).

Qeyd edək ki, cari mövsümdə “Sabah-2″nin heyətində 6 qola imza atan Quliyev, I Divizionun bombardirlər siyahısında 2-ci sırada yer alıb.

Həmin kateqoriyadan