“Sabah”dan ilk

“Sabah” ilk dəfə premyer liqada səfərdə böyük hesablı qələbə qazanıb. Allsport.az saytı xəbər verir ki, Bakı klubu 14-cü turda “Səbail”ə 3:0 qalib gəlib.

2018-ci ildə güclülər dəstəsində debüt edən “göy-ağlar” bunadək yalnız evdə böyük hesabla qələbə qazanmışdı. “Sabah” 46-cı səfər matçında ilk belə uğura yetişib.

Bu, bakılıların premyer liqada ümumilikdə 4-cü, mövsümdə 2-ci belə qələbəsidir.

Həmin kateqoriyadan