- Baxış sayı: 32
- 10 Noyabr 2026 13:19
- Baxış sayı: 259
- Noyabr 09, 2026
- 0

“Sabah”ın futbolçusu Ozan Can Kökçü karyerasını Türkiyədə davam etdirəcək. Allsport.az xəbər verir ki, 22 yaşlı futbolçu 1-ci liqa təmsilçisi “Eyüpspor”la razılığa gəlib.
Ozan “Sabah”la müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv etdikdən sonra İstanbul təmsilçisi ilə sözləşmə imzalayacaq.
2019-cu ildən “Sabah”da çıxış edən yarımmüdafiəçi ötən mövsümü icarə əsasında Niderlandın “Telstar” klubunda keçirib.