- Baxış sayı: 31
- 06 Avqust 2026 23:53
- Baxış sayı: 186
- Avqust 05, 2026
- 0

Premyer liqanın 3-cü turunun “Sabah” – “Neftçi” oyununda (2:1) azarkeş rekordu qeydə alınıb.
Allsport.az saytı xəbər verir ki, “Bank respublika arena”da matçı 5500 tamaşaçı tribunalardan izləyib. Bu, “ağ-göylər”in ev oyunlarında qeydə alınmış ən yüksək göstəricidir. Əvvəlki rekord 2018/19-cu il mövsümündə keçirilmiş “Sabah” – “Qarabağ” matçında qeydə alınmışdı (4500 tamaşaçı).
“Sabah” – “Neftçi” görüşündə cari mövsümündə qeydə alınmış tamaşaçı rekordu da təkrarlanıb. İlk turda keçirilmiş “Turan Tovuz” – “Qəbələ” matçını da eyni sayda azarkeş izləmişdi.