“Sabah”la matça hazırlaşır

“Neftçi” premyer liqanın 17-ci turunda “Sabah”la matçın hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “Keşlə” ilə oyunun ertəsi bərpa məşqi edən “ağ-qaralar”, 1-günlük fasilədən sonra fevralın 20-də yeni çalışmaya başlayıb.

Bu gün klubun bazasında keçirilən məşqdə əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Hazırlıqda əməliyyat olunmuş Aqil Məmmədovdan başqa bütün futbolçular iştirak ediblər.

“Sabah” – “Neftçi” matçı fevralın 27-si saat 17:00-da “Bank respublika arena”da olacaq.

Həmin kateqoriyadan