Sabir Buqrin: “Onun bədənində maqnit var”

“Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin klubun rəsmi saytına açıqlama verib. 

Allsport.az xəbər verir ki, Azərbaycan premyer liqasının 5-ci turunda “Sabah”ın qapısına vurulan ilk qol haqda danışan mərakeşli futbolçu ötən mövsüm olduğu kimi, komandanın yenə də çempion olmaq istədiyini bildirib:

“Yaxşı oynadıq, amma daha da yaxşı oyun nümayiş etdirə bilərik. Komandamıza inanıram. Düzdür, matçın sonu gərgin və riskli idi, amma əsas odur ki, 3 xal qazandıq. Hesabı açdığımız epizoda gəlincə, bu tam olaraq Ramonun qoludur. Hərdən düşünürəm ki, onun bədənində maqnit var və bütün topları öz üzərinə çəkir. Ona görə çox şadam. Ötən mövsüm olduğu kimi, yenə də çempion olmaq istəyirik. Fikrimcə, bunun öhdəsindən gələ bilərik”.

Həmin kateqoriyadan