- Baxış sayı: 49
- 12 May 2026 21:16
- Baxış sayı: 59
- May 12, 2026
- 0

SSRİ yığmasının, “Spartak”ın və “Sevilya”nın keçmiş qapıçısı Rinat Dasayev 27 yaşlı rusiyalı qapıçı Matvey Safonovun Fransanın PSJ klubundakı uğurunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o bu mövsüm əsas heyətdə yerini təmin edib. Çempionlar liqasının 1/4 finalında “Liverpul”a qarşı hər 2 oyunda çərçivəni toxunulmaz saxlayıb.
“Safonov bu səviyyədə oynamaq üçün əladır. Amma görək sonra nə olacaq. O, cəmi 6 aydır ki, oynayır. Hələlik heç bir nəticə çıxarmağa dəyməz. Qapıçının keyfiyyəti 6 və ya 7 il ardıcıl oynadığı zaman müəyyənləşir. Onun kimi gənclik illərində bir-iki mövsüm yaxşı oynayan, sonra isə yoxa çıxan çoxlu oyunçu olub. Safonov haqqında çox danışmaq istəmirəm, yoxsa Safonov haqqında çox danışmaq istəmirəm, yoxsa gözüm dəyər”.