- Baxış sayı: 11
- 22 Sentyabr 2026 21:24
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

AFFA-nın təşkilatçılığı ilə Şamaxı şəhər stadionunda futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etmək məqsədilə kütləvi futbol festivalı keçirilib.
Allsport.az xəbər verir ki, festivalda 120 nəfərə yaxın qız və oğlan uşaqları iştirak edib. Festival zamanı fərqlənən uşaqlara AFFA-nın kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən toplar hədiyyə edilib.





