“Şamaxı”dan antirekord

“Şamaxı” premyer liqanın ilk 5 turunda cəmi 1 xal toplayıb. Allsport.az saytı xəbər verir ki, bu, klub tarixinin antirekordunun təkrarıdır.

1999/2000 mövsümündən yüksək dəstədə “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları ilə çıxış edən komanda, tarixində 3-cü dəfə belə uğursuzluğu yaşayıb. Öncə Bakını təmsil edən komanda 2018/19 və 2021/22 mövsümlərinə də 1 heç-heçə ilə 4 məğlubiyyətlə başlayıb. 4 il əvvəl top fərqi 4:9 olubsa, ötən çempionatdakı göstərici indiki ilə eyni idi – 2:10.

5-ci turda “Turan Tovuz”a 0:1 uduzan “qırmızılar”, bunadək “Neftçi” (0:1), “Qəbələ” (1:3), “Səbail” (1:1) və “Qarabağ”a (0:4) yenilib.

Həmin kateqoriyadan