Samir Abbasov: Hər hissədə fərqli sistemlə oynadıq

“Zirə” Türkiyə toplanışında “Adana Dəmirspor”la 2:3 uduzub. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Samir Abbasov matçla bağlı fikrini bildirib:

“Ötən oyundan fərqli olaraq, budəfəki rəqibimiz daha çətin idi. Məğlub olsaq da, qol epizodlarımız çox oldu. Belə matçlarda nəticə elə də vacib deyil. Görüləsi işlərimiz çoxdu. Bəzi oyunçularımızın məşqlərini artıq veririk, oyunlara yorğun çıxırlar.

Yoxlama oyunlarında görmək istədiyimiz odu ki, futbolçular onlara məşqlərdə verilən tapşırıqları nə dərəcədə yerinə yetirir. Hər hissədə fərqli sistemlə oynadıq. Qarşıda hələ iki oyunumuz var, inanıram ki, Premyer Liqanın startına kimi tam hazır olacağıq”

Həmin kateqoriyadan