“Sivasspor” Cixan Özqarasız qələbə qazandı

Türkiyə Kubokunda 5-ci turun oyunları keçirilir. Allsport.az хəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Cixan Özqaranın komandası – “Sivasspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda “Qaziantəpspor”un qonağı olub. Oyun futbolçumuzun komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cixanın adı matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, “Sivasspor” hazırda 9 xalla qrupda ikinci yerdə gedir.

Həmin kateqoriyadan