- Baxış sayı: 30
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 245
- Noyabr 06, 2024
- 0
Avqustun 16-17-də şose velosipedi üzrə “Federasiya kuboku”nun 2-ci mərhələsi keçirilib. Allsport.az saytı xəbər verir ki, veloparkda baş tutan turnirdə ümumilikdə 50 velosipedçi medallar uğrunda mübarizə aparıblar.
17 yaşadək oğlanların yarışında Ravi Rzayev (ROEQİUGVM, 42:27:02 / 44:59:98), 15 yaşadək oğlanların mübarizəsində Nihad Xudiyev (ROEQİUGVM, 15:59:21 / 16:17:62), qadınlar arasında isə İradə Əbdürəhmanova (Təhsil RİM, 33:58:33 / 33:03:49) hər iki yarış günündə 1-ci yer tutublar.
Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanların mübarizəsində birinci yarış günündə Nofəl Nuriyev (MSN, 56:24:36), ikinci yarış günündə isə Kamran Mirzəxanov (Sərhədçi, 58:50:39) qızıl medal qazanıblar.