- Baxış sayı: 76
- 05 İyun 2026 16:01
- Baxış sayı: 50
- İyun 08, 2026
- 0

10-14 mayda Bakı – Xankəndi velosiped yarışına hazırlaşan şose velosipedi üzrə əsas və U-23 millisi hazırda Özbəkistandadır. Allsport.az saytı xəbər verir ki, paytaxt Daşkənddə məşqdən qayıdarkən komanda üzvlərimiz təsadüfən xoş bir sürprizlə üzləşiblər: “Sea Breeze Resort”un təsisçisi Emin Ağalarovla görüşüblər.
Yığma komanda üzvlərinə qələbə arzulayan tanınmış iş adamı, Azərbaycan velosiped yarışının uğurla keçəcəyinə əmin olduğunu bildirib və ölkəmizin təbliğinə böyük töhfə verəcəyini deyib.
Xatırladaq ki, onun təsisçisi olduğu şirkət Bakı – Xankəndi veloturunun əsas dəstəkçilərindən və himayədarlarındandır.