Şota Arveladze futbolçumuzun baş məşqçisi ola bilər

Gürcüstanlı futbol mütəxəssisi Şota Arveladze Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin məşqçisi ola bilər. Allsport.az xəbər verir ki, belə bir iddia ilə Türkiyə çıxış edib.

Qardaş ölkədən olan həmkarlarımız “Kasımpaşa”dan yenicə ayrılan Şota Arveladzenin “Kayserispor”a rəhbərlik edəcəyini yazıblar. Mənbədə qeyd olunur ki, Kayseri təmsilçisi Super Liqaya vəsiqə qazanacağı halda, klub rəhbərliyi komandanın “sükanı arxasına” gürcü mütəxəssisi gətirəcək. Türklər həmçinin “sarı-qırmızılar”ın meneceri Süleyman Hurma ilə Şotanın münasibətlərinin yaxşı olduğunu da qeyd edib.

Qeyd edək ki, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” Super Liqaya vəsiqə qazanmağa ən real namizədlərdən biridir. “Sarı-qırmızılar” hazırda PTT 1-ci Liqaya 50 xalla liderlik edir. Şota isə 2010 – 2012-ci illərdə həmin komandada baş məşqçi işləyib.

Həmin kateqoriyadan