- Baxış sayı: 47
- 23 Sentyabr 2026 11:46
- Baxış sayı: 189
- Sentyabr 24, 2026
- 0
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 15-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun komandası “Qarşıyaxa” səfərdə “Boluspor” ilə qarşılaşıb.
Oyun qolsuz başa çatıb. Mahir meydana start heyətdə çıxıb və 90 dəqiqə oynayıb. O, 74-cü dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, “Qarşıyaxa” hazırda 22 xalla 6-cı yerdə qərarlaşıb.