Şükürovsuz “Karşıyaka”dan 6 qolluq qələbə

Türkiyə PTT 1-ci Liqasında 22-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası – “Karşıyaka” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Orduspor”la qarşılaşıb. Matç həmyerlimizin klubunun 6:0 hesablı qələbəsiylə başa çatıb. Mahir bu görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, öncədən bu qarşılaşmanı Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin də izləyəcəyi bildirilirdi. Amma o, Mahiri iş başında görə bilməyib.

Qeyd edək ki, “Karşıyaka” hazırda 33 xalla 5-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan