“Sumqayıt”da qanalı hücumçu

“Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, son olaraq Banqladeşin “Şeyx Rassel” klubunda çıxış etmiş Riçard Qadze ilə 2023/2024-cü il mövsümünün sonunadək müqavilə imzalanıb.

28 yaşlı qanalı hücumçu 43 nömrəli geyimdə çıxış edəcək. Azərbaycanda öncələr “Zirə”də (2017-2018-ci, 2019-2020-ci il) çıxış etmiş forvard, Hindistanın “Delhi Dinamo”, Finlandiyanın “HİK” (Helsinki), Rumıniyanın “Voluntari”, Moldovanın “Şerif” və İsrailin “Bney Saxnin” klubların da oynayıb.

Həmin kateqoriyadan