“Sumqayıt”da yeni yarımmüdafiəçi

“Sumqayıt” daha bir futbolçunun keçidini rəsmiləşdirib. Allsport.az saytı xəbər verir ki, son olaraq “Səbail”də çıxış etmiş yarımmüdafiəçi Elşən Abdullayevlə 2,5 illik müqavilə imzalanıb. 27 yaşlı oyunçu komandada “24” nömrəli geyimdə çıxış edəcək.

2013/14 mövsümündə də icarə əsasında “Sumqayıt”ın şərəfini qorumuş Elşən Abdullayev həmin dönəmdə meydana çıxdığı 17 qarşılaşmada 1 dəfə qol vurub. Abdullayev son klubu “Səbail”lə yanaşı “Neftçi”, “Qarabağ”, Zirə” və “Sabah” klublarında da çıxış edib.

23 yaşadək futbolçulardan ibarət yığma komandamızla 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Elşən Abdullayev U-17, U-19 və U-21 millilərimizin də uğurları üçün çalışıb.

Həmin kateqoriyadan