“Sumqayıt”ın apellyasiyası təmin edilmədi

“Sumqayıt”ın apellyasiyası təmin edilmədi

AFFA apellyasiya arbitraj tribunalı “Sumqayıt” klubunun şikayətinə baxıb.

Allsport.az xəbər verir ki, qurum “gənclik şəhəri” təmsilçisinin şikayətini təmin etməyib.

AFFA intizam komitəsinin oktyabrın 29-da Murad Xaçayev haqqında verdiyi qərar qüvvədə saxlanılıb.

Murad Xaçayev Azərbaycan premyer liqasının 8-ci turunda səfərdə “Sabah”a 0:3 hesabı ilə uduzduqları matçında “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Ona 5 oyun cəza, klubuna 4000 manat cərimə kəsilib.

Həmin kateqoriyadan