“Sumqayıt”ın məşqçisi Luçesku ilə görüşdü

“Sumqayıt” futbol akademiyasının A kateqoriyalı məşqçisi Zaur Hidayətov təcrübə məqsədi ilə Ukraynanın paytaxtı Kiyev şəhərinə yollanıb.

Allsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Dinamo” klubunun akademiyasının koordinatoru Aleksandr İşenko ilə görüşən Hidayətov, onların iş sistemi ilə tanış olub, onunla fikir mübadiləsi aparıb.

Kiyev təmsilçisinin akademiyasının məşqlərini izləyən Zaur Hidayətov daha sonra əsas komandanın çalışdırıcısı Mirça Luçesku ilə də görüşüb.

Həmin kateqoriyadan