Tərlan Əhmədov: “Hücum xəttindəki problem daha qabarıq görünür”

“Kəpəz” premyer liqanın 6-cı turunda səfərdə “Turan Tovuz”a 0:2 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Tərlan Əhmədov bunu deyib: “Komandanı qəbul edəndə bəzi oyunlara baxıb gördüm ki, potensial var. Nəsə etmək olar. Bu gün bunun bir daha şahidi oldum. Üstünlük bizdə olsa da, yaxşı oynayıb məğlub olduq.

Futbolda bəzən belə olur, yaxşı mübarizə aparıb uduzursan. Kaş ki, pis oynayıb qalib gələrdik. Uşaqlar göstərdilər ki, istək var. Yaxşı komanda qurmaq olar. Çatışmazlıqlarımız var, görəcəyimiz iş çoxdur. Hücum xəttindəki problem daha qabarıq görünür.

Oyun baxımından komanda topa daha çox nəzarət edirdi. Çalışırdıq rəqibi topsuz qoyaq, boş zonalar əldə edək. Birinci və ikinci hissədə qol epizodlarımız oldu. Məyus olub, depressiyaya qapanmaq olmaz. Qarşıda oyunlar var. Komandanı qışa qədər yaxşı hazırlamaq bizim borcumuzdur”.

Həmin kateqoriyadan