Tarixdə 8-ci, “Qarabağ”dan 2-ci

“Qarabağ” premyer liqasının yeni mövsümünün startında ardıcıl 7-ci qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, 8-ci turda “Neftçi” ilə görüşən “köhlən atlar” xal itkisi ilə üzləşməyən yeganə komandadır. Bu, ölkə çempionatları tarixində 8-ci belə sıralamadır. Cari mövsümədək 7 dəfə bir klub ilk 7 qarşılaşmada xal itirməyib.

“Qarabağ” 2-ci dəfə buna nail olub. Ağdam klubu 2019/20 mövsümünə də belə başlayıb.

Tarixdə yalnız 4 komanda belə starta imza atıb. “Qarabağ”dan başqa, “Neftçi” 4 (1992, 1994/95, 1996/97, 2000/01), “Şəfa” (2003/04) və “Xəzər Lənkəran” (2007/08) hərəyə bir dəfə ilk 7 görüşdə qalib gəlib.

“Qarabağ” flaqman üzərində 3:1 qələbə qazanıb.

Həmin kateqoriyadan