“Titul qazanmaq hər zaman xoşdur”

Azərbaycan kubokunun “Keşlə” – “Sumqayıt” (2:1) final oyunundan sonra təşkil edilən mətbuat konfransında nominal meydan sahiblərinin baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Allsport.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi:

“Final hər zaman gərgin olur. Bura qədər uzun yol qət etdik, stresli günlər oldu. Amma futbolçular inandılar. Onlara təşəkkür edirəm. Yaxşı oyunlarımız oldu, bəzən uğursuzluqlar yaşadıq, amma dayanmadıq. Bir-birimizə deyirdik ki, əziyyətimizin bir bəhrəsi olmalıdı. Ən böyük pay sahibi futbolçulardı. Klub prezidentini təbrik edirəm. Titul qazanmaq hər zaman xoşdu. Futbolçular özlərini çempion kimi hiss edir. Bütün “keşlə”ni təbrik edirəm”.

Həmin kateqoriyadan