- Baxış sayı: 30
- 10 İyul 2025 22:05
- Baxış sayı: 154
- İyul 10, 2025
- 0
“Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, “qırmızılar” britaniyalı yarımmüdafiəçi Natan Oduva ilə mövsümün sonunadək müqavilə imzalayıb.
26 yaşlı hücumameylli yarımmüdafiəçi “Tottenhem”in yetirməsidir. “Reyncers”, “Luton”, “Olimpiya” (Sloveniya), “Hapoel Hadera” kimi klublarda oynayıb. Onun son klubu İrlandiyanın “Dandolk” komandası olub.
Oduva sonuncu dəfə 2020-ci ilin dekabrında rəsmi oyunda meydana çıxıb. Yarımmüdafiəçi İngiltərənin U-17, U-18, U-20 komandalarında forma geyinib.