Türklər Cavid İmamverdiyevi FİFA-ya şikayət etdilər

Türkiyənin “Elazığspor” klubu azərbaycanlı futbolçu Cavid İmamverdiyevlə bağlı ciddi problemlə üzləşib. Allsport.az xəbər verir ki, gənc yarımmüdafiəçi bir müddət öncə klubun düşərgəsini icazəsiz olaraq tərk edib.

“Elazığspor” isə bununla əlaqədar beynəlxalq futbol qurumuna şikayət etmək məcburiyyətində qalıb: “Artıq İmamverdiyevə görə FİFA-ya müraciət etmişik. Çünki o, komandanı icazəsiz tərk edib. Ona pul cəzası verilməsinə və bir il ərzində başqa komandalara keçməsinə qadağa qoyulmasına nail olmaq istəyirik”.

Qeyd edək ki, İmamverdiyev müqavilə ilə “Neftçi”yə məxsus olsa da, “Elazığspor”da icarə əsasında çıxış edirdi.

Həmin kateqoriyadan