Üç dövrədən sonra qruplara region klubları başçılıq edir

1 mart Azərbaycan basketbol liqasında (ABL) 15-ci turun son oyunu ilə 3-cü dövrəyə yekun vurulub.

Allsport.az xəbər verir ki, Şəki olimpiya idman kompleksində yerli komanda “Lənkəran”ı qəbul edib. Oyun “B” qrupunun güclü klublarından sayılan “Şəki”nin 81-75 hesablı qələbəsi ilə bitib. Geridə qalmış 15 turdan sonra “A” qrupuna “Naxçıvan”, “B” qrupuna isə “Gəncə” klubu liderlik edir.

ABL-də 4-cü sonuncu dövrəyə 3 martdan etibarən start veriləcək.

Həmin kateqoriyadan