Ufuq Budaq 90 dəqiqə oynadı, komandası qalib gəldi

Türkiyə birinci liqasında 5-ci tura start verilib. Allsport.az saytı xəbər verir ki, millimizin üzvü Ufuq Budaqın çıxış etdiyi “Qaziantəp BB” səfərdə “Adana Dəmirspor”la görüşüb.

Matç qonaqların 2:1 hesablı qələbəsiylə nəticələnib. Ufuq start heyətində meydana çıxıb və oyunun sonuna kimi oynayıb. O, qarşılaşmanın 68-ci dəqiqəsində sarı vərəqə alıb.

Bu mübarizədən sonra hesabında xalların sayını 9-a çatdıran “Qaziantəp BB” 4-cü pilləyə yüksəlib.

Həmin kateqoriyadan