Ukraynada çıxış edən futbolçumuz “Qarabağ”a keçir

Ukraynada çıxış edən futbolçumuz “Qarabağ”a keçir

Millinin üzvü Rüstəm Əhmədzadə, Ukraynanın “Minay” klubundan ayrılır. Allsport.az saytı xəbər verir ki, 21 yaşlı hücumçunun “Qarabağ”la anlaşdığı bildirilib.

O bu səbəbdən premyer liqanın 18-ci tutunda “Kolos”a səfərdə 1:2 hesabı ilə uduzduqları oyunda iştirak etməyib. Həmyerlimiz ötən ilin iyulundan “Minay”da çıxış edir.

Həmin kateqoriyadan