Vaqif Cavadov “Boluspor”da debüt edə bilmədi

Türkiyə PTT 1-ci liqasında 17-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Vaqif Cavadovun yenicə transfer etdiyi “Boluspor” da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası öz meydanında “Orduspor”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb. Vaqifin adı bu matçın iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, “Boluspor” hazırda 20 xalla 11-ci yerdə gedir.

Həmin kateqoriyadan