Cavadov sabah ilk sınağına çıxacaq

Türkiyənin “Boluspor” klubu yoxlama oyunu keçirəcək. Allsport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadovu sıralarına qatan bu komanda sabah ikitərəfli oyun keçirməyə qərar verib.

“Qırmızı şimşəklər” növbəti tura hazırlıq məqsədi ilə əvəzedici komanda ilə üz-üzə gələcək. Görüş sabah yerli vaxtla saat 14:00-da başlayacaq. Bu qarşılaşmada Cavadovun da çıxış etməsi gözlənilir.

Qeyd edək ki, Bolu təmsilçisi ötən gün PTT 1-ci Liqanın 17-ci turu çərçivəsində “Orduspor”u 3:1 hesabı ilə məğlub edib. Amma Vaqif həmin qarşılaşmanın iştirakçısı olmayıb.

Həmin kateqoriyadan