Vaqiflə Ufuq Railin komandasına qalib gələ bilmədi

Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 15-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası “Dənizlispor” doğma meydanda yığmamızın üzvləri – Ufuq Budaq və Vaqif Cavadovlu “Qaziantəp BB” ilə qarşılaşıb.

Oyun qolsuz bərabərliklə başa çatıb. Railin adı məlum səbəblərdən matçın iştirak ərizəsində yer almayıb. Ufuqla Vaqif isə ilk dəqiqələrdən meydanda olub. 90 dəqiqə meydanda olan Budaq 48-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb. Cavadov isə 55-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Dənizlispor” 17 xalla 12-ci, “Qaziantəp BB” isə 19 xalla 10-cu yerdə qərarlaşıb.

Həmin kateqoriyadan