- Baxış sayı: 38
- 22 İyun 2026 20:27
- Baxış sayı: 39
- İyun 22, 2026
- 0

AFFA və TFF arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində İstanbulda VAR (video köməkçi hakim) protokolu ilə bağlı növbəti – 3-cü seminar keçirilib.
Allsport.az saytı xəbər verir ki, məşğələdə Azərbaycan premyer liqasının oyunlarına təyinat alan baş və köməkçi hakimlər, 1-ci divizionda fəaliyyət göstərən referilər, həmçinin “CBC Sport” telekanalının videooperatorları iştirak ediblər.
Türkiyəli təlimatçılar Barış Şimşək və Burçin Kəskinin, həmçinin AFFA-nın hakimlər komitəsinin sədri Fritz Stuchlikin iştirak etdiyi toplantı ərzində nəzəri məşğələlərlə yanaşı praktiki təlimlər də təşkil olunub.