Vüqar Əsgərli: “1-ci hissədə futbolçularda həyəcan vardı”

“Biz gec toplandıq. İstəyərdik ki, bunun üçün vaxtımız çox olsun. Amma alınmadı. “Neftçi”yə qarşı oyunumuzun çətin olacağı aydın idi”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Şamaxı”nın baş məşqçsi Vüqar Əsgərli premyer liqasının 1-ci turunda “Neftçi” ilə oyundan sonra mətbuat konfransında deyib.

O, evdə 0:1 hesabı ilə uduzduqları matçı belə şərh edib: “Bu komandaya regionlarda xüsusi maraq var. Onlara qarşı oyunlar da çətin keçir. 1-ci hissədə futbolçularda həyəcan vardı. Fasilədən sonra isə bunu aradan qaldırdılar. 1 qol buraxdıq, amma məğlubiyyət məğlubiyyətdir.

Azarkeşlərimizə təşəkkür edirəm, möhtəşəm atmosfer yaratmışdılar. Səhvlər qaçılmazdır, səhv edə-edə öyrənəcəklər. Bu dəqiqə nəticə barədə düşünmürük. Həmin futbolçuların oyun təcrübələrinin artması üçün əlimizdən gələni edirik”.

Həmin kateqoriyadan