Vüqar Əsgərli: Bir qol oyunun taleyini həll edəcəkdi

Şamaxı premyer liqanın 5-ci turunda evdə Turan Tovuza 0:1 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Vüqar Əsgərli bunu söyləyib:

“Hər 2 komandanın heyəti yeni qurulub. “Turan Tovuz”un gənc və yaxşı legionçuları var. Baş məşqçiləri Ayxan Abbasov olduğuna görə, “Turan Tovuz”un nə qədər ciddi rəqib olduğu bilinir. Oyuna gəldikdə isə komandamız 90 dəqiqə üstün idi. Bir qol oyunun taleyini həll edəcəkdi. Kim soyuqqanlı olsaydı, o, qolu vura bilərdi.

Təəssük ki, bu gün komandamız son nöqtəni qoya bilmədi. Hesaba baxmayaraq, komandamın əla oyun nümayiş etdirdiyini düşünürəm. Bu komanda ilə fəxr edirəm. Strategiyamızı davam etdirəcəyik. Səhvlərin üzərində çalışıb futbolçuları daha yaxşı vəziyyətə gətirəcəyik”

Həmin kateqoriyadan