““Vurmayana vurarlar” prinsipi özünü göstərdi”

Premyer liqanın 28-ci turunda “Keşlə” – “Qəbələ” oyunundan (3:1) sonra mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi qonaqların baş məşqçisi Elmar Baxşıyevin fikri ilə tanış edir:

“Mövsümün son oyunu idi. Komandanı bu durumda – iddiasını itirəndən sonra oyuna motivasiya etmək çətindir. Ümumilikdə futbolçular verilən tapşırığı meydanda göstərməyə çalışdı.

“Vurmayana vurarlar” prinsipi özünü göstərdi. Çoxsaylı hücumlar qursaq da, tamamlamaqda çətinlik çəkdik. Ceyms Adeniyinin zədələnərək meydandan çıxması işimizi bir az çətinləşdirdi. Komandanın mövsümdəki oyundan və yanaşmasından razı qaldım”.

Həmin kateqoriyadan