Vüsalın komandası “Ankaragücü”nə uduzub

Türkiyə 1-ci liqasının 19-cu turunda azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Keçiörəngücü” səfərdə “Ankaragücü”nün qonağı olub.

Allsport.az saytı xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxan həmyerlimiz, 79-cu dəqiqədə əvəzlənib. O, 36-cı dəqiqədə sarı vərəqə alıb.

“Keçiörengücü” 19 xalla 16-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan