Yaşar Vahabzadə: “Qısa vaxtda səhvlər etdik, qollar buraxdıq”

“Kəpəz” premyer liqanın 2-ci turunda paytaxtda “Neftçi”yə 2:5 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Yaşar Vahabzadə fikrini bölüşüb:

“Oyundan öncə də bilirdik ki, bizi çətin qarşılama gözləyir. İlk 10 dəqiqədə komanda pis görünmürdü. Qısa vaxtda səhvlər etdik, qollar buraxdıq.

Sonra toparlanmaq çətin oldu. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Dönüş yaratmağa çalışdıq. Hücumda nəsə alındı, müdafiədə isə səhvlər qaldı. Son nəticədə məğlub olduq”.

Həmin kateqoriyadan