Yeni məşəllər təqdim olundu – FOTO

2026-cı ilin qış olimpiya və paralimpiya oyunlarının hazırlıqları çərçivəsində, İtaliyanın Milan və Kortina Dampetso şəhərlərində keçiriləcək tədbirlər üçün rəsmi məşəlləri təqdim edilib.​

Allsport.az xəbər verir ki, Milanda keçirilən təqdimat mərasimində, ikiqat olimpiya çempionu Stefaniya Belmondo və ikiqat paralimpiya çempionu Betris Vio iştirak ediblər. Osakada isə 2014-cü il Soçi plimpiadasının bürünc mükafatçısı Karolina Kostner və ikiqat paralimpiya çempionu Martina Kayroni təqdim ediblər.​

Yeni məşəlin dizaynı minimalizmə əsaslanır. Olimpiya alovu mavi-yaşıl rəngdə hazırlanıb və bu rənglər insanların və təbiətin əlaqəsini, həmçinin gələcəyə ümid və hərəkəti simvollaşdırır. Paralimpiya alovu isə tünd qəhvəyi rəngdədir və bu, daxili gücü və iradəni təmsil edir.​

Hər iki məşəlin uzunluğu 70 sm, çəkisi isə 1,5 kq təşkil edir. Onlar təkrar istifadə oluna bilən materiallardan hazırlanıb və bu, ekoloji cəhətdən daha davamlıdır.​

Təqdimat mərasimləri həm İtaliyada, həm də Yaponiyada keçirilib.

Həmin kateqoriyadan