- Baxış sayı: 38
- 24 Avqust 2026 23:45

- Baxış sayı: 373
- Avqust 20, 2026
- 0


“Arsenal”ın sol cinah hücumçusu Leandro Trossardın həyat yoldaşı Laura, 2019-cu il toy şəkilləri də daxil olmaqla, sosial mediada birlikdə çəkdirdikləri bütün şəkilləri silib. Allsport.az saytı xəbər verir ki, o, yalnız futbolçunun uşaqları – 9 yaşlı Tyaqo və 3 yaşlı Amadeo ilə çəkdirdiyi görüntüləri paylaşıb.
Gözəlçə, cütlüyün “bir müddətdir ayrı yaşadığını” və ayrılmaq qərarının dinc və şüurlu şəkildə verildiyini etiraf edib: “Bir-birimizə sevgi və hörmətlə, inanılmaz dərəcədə çətin ayrılmaq qərarını verdik. Ən əsası odur ki, biz həmişə 2 övladımıza sevən valideyn olaraq qalacağıq”.
Leandro və Laura təxminən 13 ildir ki, birlikdədirlər.




