“Volfsburq” tarixində ilk dəfə bundesliqanı tərk edib

“Volfsburq” klubu Bundesliqada qalmaq uğrunda pley-offun 2-ci oyununda “Paderborn”a məğlub olub. Allsport.az saytı xəbər verir ki, ilk oyun 0:0, ikinci görüşün əsas vaxtı isə 1:1 hesabı ilə başa çatıb.

Əlavə vaxtda müdafiəçi Laurin Kurda 100-cü dəqiqədə “Paderborn”un qələbəsini və Almaniya futbolunun yüksək divizionuna vəsiqə qazanmasını təmin edib.

Yoahim Mahle 14-cü dəqiqədə meydandan qovulduqdan sonra, “Volfsburq” matçın böyük hissəsini 10 nəfərlə keçirib.

“Paderborn” əvvəllər 2014/15 və 2019/20 mövsümlərində bundesliqada oynayıb. Hər 2 halda da klub eyni mövsümdən sonra 2-ci diviziona düşüb.

“Volfsburq” tarixində ilk dəfə 2-ci dəstəyə düşüb; klub 1997-ci ildən bəri yüksək divizionda oynayırdı.

Həmin kateqoriyadan