“Yeni qapıçı axtarışlarımız davam edir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, yeni qapıçı axtarışında olduqlarını təsdiqləyib. Allsport.az saytı xəbər verir ki, 49 yaşlı mütəxəssis bu barədə jurnalistlərə deyib:

“Yeni qapıçı axtarışlarımız davam edir. Dərhal oyunçu gətirmək asan deyil. Proses sürətlə davam edir. Bu məsələni maksimum dərəcədə tez həll olunmasına çalışırıq”.

“Qarabağ”ın qapıçıları Şahruddin Məhəmmədəliy və Emil Balayev əməliyyat olunub. Əsas qapıçı olan Şahruddin 2.5 aydan sonra sıraya qoşulacaq. Balayevin durumu isə yaxşıdır. Onun gələn həftədən komandaya qoşulacağı gözlənilir.

Həmin kateqoriyadan