Zakir Fərəcov “Sumqayıt”ın üzvləri ilə görüşdü

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov bu gün premyer liqanı 3-cü pillədə tamamlayan “Sumqayıt”ın qonağı olub. Allsport.az xəbər verir ki, şəhər rəhbəri qazanılan uğur münasibətilə klubun prezidenti Riad Rəfiyev, “A” komandanın baş məşqçisi Ayxan Abbasov və futbolçu heyəti ilə görüşüb.

Azərbaycan çempionatının bürünc mükafatını qazanması münasibəti ilə komandanı təbrik edən Zakir Fərəcov ölkə kubokunun final qarşılaşmasında iştirak edəcək “Sumqayıt” FK-ya həlledici görüşdə uğurlar arzulayıb.

Şəhər rəhbəri tərəfindən kluba fəxri fərman və xüsusi hədiyyələr verilib. “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev də öz növbəsində premyer liqanın 2020/2021 mövsümünün bürünc medalı və komanda üzvləri tərəfindən imzalanmış topu Zakir Fərəcova təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.

Həmin kateqoriyadan