“Zirə” “Səbail”i üstələyib

Azərbaycan premyer liqasında XI turun daha bir görüşü keçirilib.

Allsport.az xəbər verir ki, 2-ci oyun gününün ilk matçında “Zirə” “Səbail”i qəbul edib. Zirə idman kompleksinin stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 23-cü dəqiqədə Qismət Alıyev açıb. “Qartallar”ın heyətində digər 2 qolu 47-ci və 74-cü dəqiqələrdə Davit Volkov vurub. Matçda son nöqtəni isə 87-ci dəqiqədə qonaqlardan Rauf Əliyev qoyub. Penaltidən fərqlənən forvard yekun nəticəni müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 19-a çatdıran “Zirə” 2-ci pilləyə yüksəlib. 9 xalı olan “Səbail” isə 7-ci sırada qalıb.

Həmin kateqoriyadan