“Zirə” “Sumqayıt” səfərində

Bu gün Azərbaycan premyer liqasında XII turun daha 1 matçı keçiriləcək.

Allsport.az xəbər verir ki, 2-ci oyun günündə bir qarşılaşma baş tutacaq,

11 xalla 6-cı sırada gedən “Sumqayıt” 19 xalla 4-cü pillədə qərarlaşan “Zirə”ni qəbul edəcək. Saat 16:00-da başlayacaq görüşü Rauf Cabarov idarə edəcək.

Komandalar indiyədək premyer liqada 24 dəfə üz-üzə gəliblər. Bunların 6-da “gənclik şəhəri” təmsilçisi, 11-də paytaxt klubu qələbə qazanıb, 7 matçda heç-heçə qeydə alınıb. Topların fərqində də “qartallar” üstündür – 30:21.

Meydan sahibləri son 4 çempionat oyununda rəqibinə uduzmayıb. Qonaqlar isə son 3 matçda xal qazanmağa müvəffəq olub.

Azərbaycan premyer liqası

XII tur

28 noyabr (bazar)

16:00. “Sumqayıt” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Kapital bank arena”

Turun digər oyunlarında “Sabah” “Keşlə”ni 2:1, “Neftçi” “Səbail”i 1:0 hesabı ilə məğlub edib. Tura noyabrın 29-da keçiriləcək “Qəbələ” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

Həmin kateqoriyadan