“Zirə” “Sumqayıt”ı qəbul edir

“Zirə” “Sumqayıt”ı qəbul edir

Bu gün Azərbaycan premyer liqasında VI tura start veriləcək. Allsport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

“Zirə” komandası “Sumqayıt”ı qəbul edəcək. Hazırda paytaxt klubu 8 xalla 4-cü, “gənclik şəhəri” təmsilçisi isə 7 xalla 5-ci pillədə qərarlaşıb.

Bu, komandaların premyer liqada 24-cü dueli olacaq. Əvvəlki 23 matçın 10-da meydan sahibləri, 6-da isə qonaqlar meydanı 3 xalla tərk edib. Topların fərqində də “Zirə” üstündür – 29:21.

“Qartallar” çempionatda rəqibinə qarşı keçirdiyi son 6 oyunda qələbə qazanmayıb. Son 3 görüş isə heç-heçə ilə nəticələnib.

Azərbaycan premyer liqası, VI tur
1 oktyabr (cümə)
19:30. “Zirə” – “Sumqayıt”
Zirə idman kompleksinin stadionu

Həmin kateqoriyadan