“Zirə” və “Sabah”ı cərimələdi

AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

Premyer liqanın 4-cü turunun “Zirə” – “Sumqayıt” oyununda zəmi vaxtında sulanmadığı üçün meydan sahibi klub 800 manat cərimə olunub.

“Keşlə” – “Sabah” oyununda qonaqların bəzi rəsmi şəxsləri “A” buraxılış vərəqəsindən istifadə etmədiyinə görə klub 800 manat cərimələnib. Klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün, klub 800 manat ziyana düşüb.

Mətbuat konfransı zamanı “Sabah” klubunun baş məşqçisi Ramin Quliyev hakimlərin idarəçiliyinə qarşı iradlarla çıxış etdiyinə görə kluba xəbərdarlıq edilib.

Həmin kateqoriyadan