“Zirə”də 10-cu dubl

Mirsahib Abbasov “Zirə”nin heyətində ilk dublunu edib. Allsport.az saytı xəbər verir ki, 25 yaşlı futbolçu Topaz premyer liqasının 1-ci turundan təxirə salınan “Qarabağ”la səfər matçında fərqlənib. Hücumçu 27 dəqiqəyə 2 qol vurub.

Bu, “qartallar”ın tarixində 17-ci, ölkə çempionatında yubiley – 10-cu dubldur. O, ölkə çempionatının yüksək dəstəsində bir matçda 2 top vuran 7-ci “Zirə”li futbolçudur. Onadək Nelson Bonilya 3, Təmkin Xəlilzadə 2, Sezar Meza Kolli, Gerhard Proqni, Vüsal İsgəndərli və Luis Alberto Diez hərəyə 1 dubla sevinmişdi.

“Qartallar”ın heyətində ən çox dublun müəllifi olan Bonilya həm də ilk belə hadisənin müəllifidi. İlk dubl 2015-ci oktyabrın 28-də “Kəpəz”lə görüşdə (2:2) qeydə alınıb.

Amma bu oyunçulardan yalnız ikisi – Luis və Vüsal meydana sonradan daxil olub və rəqib qapısına 2 top vurub. Bir sözlə, Mirsahib klubun Premyer liqa tarixində start heyətində yer almayan, amma dubl edən 3-cü futbolçudur.

Həmin kateqoriyadan