“Zirə”də yeni bombardir

“Zirə”nin futbolçusu Davit Volkov klubun tarixinə düşüb.

Allsport.az xəbər verir ki, gürcüstanlı hücumçu 2 rekorda imza atıb. O, bunu premyer liqanın 10-cu turunun “Sabah”la görüşündə 3 qol vurmaqla gerçəkləşdirib.

Het-trik sayəsində Volkov “Zirə”nin heyətində vurduğu qolların ümumi sayını 19-a çatdırıb. 45 oyuna çıxan forvard klub tarixinin ən məhsuldar futbolçusu adına yiyələnib. O, 16 qol vuran Nelson Bonilyanı arxada qoyub.

Davit həm də, “Zirə”nin premyer liqadakı ən yaxşı bombardiri olub. O, “Sabah”la qarşılaşmaya qədər şəriki olduğu Nelson Bonilyanı keçib. 40-cı çempionat oyununa çıxan hücumçu het-triklə qol sayını 17-yə çatdırıb. Bonilyanın aktivində 14 top var.

Həmin kateqoriyadan