Zubir 20-yə çatdı

“Qarabağ”ın futbolçusu Abdullah Zubir premyer liqada 20-ci qolunu vurub. Allsport.az xəvər verir ki, o, 6-cı turun “Qəbələ” ilə görüşündə (2:0) fərqlənib. 30 yaşlı fransalı yarımmüdafiəçinin yubiley qolu 73-cü matçına təsadüf edib. Onun orta məhsuldarlığı 0,27-yə bərabərdir.

Zubir 2018/19 mövsümündə 6, 2019/20 mövsümündə 5, 2020/21 mövsümündə 7, cari çempionatda isə 2 dəfə qol sevinci yaşayıb.

Zubir ilk qolunu da “Qəbələ”yə vurub. O, 2018-ci il sentyabrın 23-dəki ev oyununda (4:1) dubla imza atıb.

Həmin kateqoriyadan