Arazın o tayından müjdə

Azərbaycan karateçiləri Urmiyada ənənəvi beynəlxalq turnirə uğurla başlayıblar. Allsport.az saytı xəbər verir ki, finalda ermənistanlı rəqibinə qalib gələn Ramil Baxşəliyev (14-15 yaşlı yeniyetmələr, 52 kq) qızıl medala sahib olub.

Azər Tapdıqlı (14-15 yaşlı yeniyetmələr, 63 kq) gümüş, Ruslan Qafarlı (14-15 yaşlı yeniyetmələr, 57 kq) və Emin Namazov (14-15 yaşlı yeniyetmələr, kata) isə bürünc mükafat qazanıblar.

Həmin kateqoriyadan